Türkiyə ilə birgə hərəkət etməliyik - Politoloq



 13:32 26.10.2022     595

Ankarada söhbət etdiyimiz siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana artan təzyiqindən narahatlıqlarını bildirirlər.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər:

"Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən Şuşa bəyannaməsi var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır. Müdafiə naziri Zakir Həsənov İstanbuldadır, hərbi sərgidə iştirak edib, türkiyəli həmkarı Hulusi Akarla görüşüb, qardaş ölkədən yeni hərbi texnikalar alacağıq.

İttifaqı gücləndirmək strategiyasını daha da irəli aparmağa ehtiyac var. Ermənistanla yüz dəfə də müharibə etsək, qələbə qazanarıq, ancaq qarşımızda Rusiya və İran kimi nə edəcəkləri bəlli olmayan dövlətlər olduğuna görə Türkiyə ilə birgə hərəkət etməliyik".

Xəyalə Məmmədova / Demedia.az