Azərbaycana qarşı kollektiv hücum - Politoloq açıqladı



 16:37 26.10.2022     590

Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər:

"Dünənlərdə bu təbliğata BBC'nin də qoşulması və daxilimizdə bəzi "siyasi fəalların" adı şəkilən "xəbər carçısı"na Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilinməz.

Rusiya, İran, Fransa kanallarında , o cümlədən BBC'də gedən sujetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq - sonda Bakının istədiyi olacaq.

Azərbaycan- Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar".

Xəyalə Məmmədova / Demedia.az