Rusiyaya tərs şillə: Beşinci kolona zərbə...



 17:36 26.10.2022     600

Ermənistan rəhbərliyi Rusiya dumasının deputatı Konustantin Zatulinin girişinə qadağa qoyulub. Bu, N.Paşinyanın Ermənistanda Rusiyanın beşinci kolonuna vurulan zərbədir.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, məhz K.Zatulin müxalifətin anti-Paşinyan koalisiyasında yer alaraq birbaşa Moskvanın təlimatı ilə müxalifətlə sıx əməkdaşlıq edirdi:

"Qeyd edim ki, Zatulin anti-Azərbaycan mövqeyinə malik, "Qarabağ" klanına yaxın şəxs olaraq Ermənistanda müxalifətin boz kardinalıdır. K. Zatulin açıq şəkildə müxalifətə dəstək verərək N. Paşinyanın devrilməsi istiqamətində işlər aparır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxır.

N. Paşinyan onun ölkəyə daxil olmasına qadağa qoyması Rusiyanın ölkə daxilində təsirini azaltmaqla yanaşı, müxalifətlə kordinasiyalı fəaliyyətinə son qoymaqdır. Bu, Kremlə yaxın siyasətçilərə sanksiyalar tətbiq etməsinin başlanğıcıdır. Həmçinin Kremlə mesaj verir ki, bundan sonra ona qarşı çıxan Rusiya siyasilərini və rəsmilərini ölkə ərazisinə buraxmayacaq.

Artıq Ermənistan və Rusiya əlaqələri strateji müttəfiqlikdən aşağı səviyyəyə enib. Müxalifətə dəstək verən K. Zatulini N. Paşinyana dəstək verən ABŞ kongresmenləri əvəz edir. Bu, Rusiya üçün Cənubi Qafqazdakı dayağı Ermənistandan tərs şillədir. Görək, Moskva 200 illik hamilik etdiyi toplumdan bu şilləni udacaq yoxsa, daha böyüyün N. Paşinyana vuracaq. Hadisələrin axarı göstərir ki, Yerevanın Moskvaya tərs şilləsi, Kremlin bu illər ərzində apardığı siyasətin nəticəsidir".

Xəyalə Məmmədova / Demedia.az