Rusiya bazarlarından asılılığımızı azaltmalıyıq - Elxan Şahinoğlu



 11:29 27.10.2022     615

Rusiyanın siyasətində dəyişən heç nə yoxdur, xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, necə ki, Qazaxıstanı bu yolla cəzalandırmaq qərarını verdi, ya da sərhədi qapadır ki, Azərbaycanın kənd təssərrüaftı məhsulları Rusiya bazarına daşına bilməsin.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildriib ki, Ermənistanı anladıq, İrəvan Qərbə yaxınlaşmağa can atır, Kreml bundan narazıdır və baş nazir Nikol Paşinyanı yıxıb sürüməyə çalışırlar:

"Rəsmi Bakı hansı tərs işi gördü ki, Kreml sərhəddə məhsullarımızı uzun kilometrlərlə növbəyə düzüb? Rusiyanın dövlət televiziya kanalları və qəzetləri Kremlin təlimatıyla Qarabağ separatçılarına dəstək ifadə etməyə başladılar, Bakı bunun cavabını verdi, Azərbaycanın televiziya kanalları Rusiyanın Ukraynaya işğalını geniş şəkildə işıqlandırmağa başladılar, Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi. Görünür, Kreml sərhəddə çətinlik yaratmaqla növbəti gedişini edib. Kremlin bu siyasətindən qurtuluş yoxdur, başımızın çarəsini qılmalıyıq, Rusiya bazarlarından asılılığımızı azaltmalıyıq, çətindir, ancaq başqa alternativimiz yoxdur".

Xəyalə Məmmədova / Demedia.az