Ukraynanın planlarını bilirik - Putin



 14:59 27.10.2022     340

“Ukraynanın kimyəvi tərkibli bombadan istifadə edəcəyi barədə planlarının olduğunu bilirik”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib. O bildirib ki, Ukrayna ABŞ-ın xarici siyasətinin oyuncağına çevrilib. Putinin sözlərinə görə, hazırda dünya və regional miqyasda müharibə ehtimalı böyükdür. Putin qeyd edib ki, ABŞ Ukraynaya verdiyi silahlar naməlum qüvvələrin əlinə keçə bilər.

Qeyd edək ki, Rusiya tərəfinin iddiasına görə, Ukrayna öz torpaqlarında kimyəvi bombadan istifadə edərək, məsuliyyəti Moskvanın üzərinə atacaq.

Bahadur Seyidov