ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi



 15:59 27.10.2022     310

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi etirazlarda güc tətbiq edilməsində iştirak etdiyinə görə İranın 14 rəsmi nümayəndəsinə və 3 qurumuna qadağa tətbiq edib. Bildirilir ki, ABŞ İrandakı nümayişçiləri dəstəkləmək planını davam etdirəcək. Açıqlamaya görə, Vaşinqton İranın etirazçılara qarşı şiddətli güc tətbiq etməsindən narahatdır.

Qeyd edək ki, ABŞ bundan əvvəl də eitrazçılara qarşı güc tətbiq etdiyinə görə, İrana qarşı qadağalar tətbiq edib.

Bahadur Seyidov