ABŞ-dan İrana çağırış



 16:58 27.10.2022     300

Rusiya tərəfi etiraz aksiyalarının səngiməsi üçün İrana tövsiyələr verir.

Demedia.az xəbər verir ki, bu barədə “Ağ ev”in sözçüsü Karine Jan-Pierre açıqlama verib. O bildirib ki, həm Rusiyada, həm də İrandakı etiraz askiyalarına müdaxilədə oxşar üsullar var. Sözçününü açıqlamasına görə, Rusiyada olduğu kimi İran da aksiyaların qarşısını almaq üçün gücdən istifadə edir.

“İran və Rusiya daha çox təcrid edildikcə bir-birilərinə yaxınlaşırlar. Bizim İrana mesajımız açıqdır. Öz xalqını öldürməyi və Rusiyaya ukraynalılara öldürmək üçün dəstək verməyi dayandır” - sözçü qeyd edib.

Bahadur Seyidov