İtaliyada hökumət rəsmən fəaliyyətə başladı



 17:12 27.10.2022     353

İtaliyada Giorgiya Meloni hökuməti Nümayəndələr Palatasından sonra Konqresdəki etimad səsverməsində də qalib olub.

Demedia.az xəbər verir ki, Meloni liderliyindəki sağ ittifaqın qurduğu koalisiya hökumətinin rəsmən fəaliyyətə başlaması üçün parlamentdə etimad səsverməsinin iki şərtini də yerinə yetirib. Məlumata görə, 200 nümayəndənin olduğu Senatoda 115 senator koalisiya hökumətinə etimad göstərib. 79 senator isə əleyhinə səs verib. Beləliklə, Parlamentin hər iki səsverməsində qalib olan Meloninin qurduğu hökumət rəsmən fəaliyyətə başlamaq üçün şərtləri yerinə yetirib. 

Bahadur Seyidov