Səudiyyə Ərəbistanının qərarı səhvdir - Blinken
“Səudiyyə Ərəbistanının BMT-də Rusiyanı qınayan qətnəmaya səs verməsi və Ukraynaya humanitar yardımlar göndərməsi onun OPEC+ toplantısında neft hasilatını azaltmaq barədə qərarını kompensasiya etmir”.
Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken belə açıqlama verib. O bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə qərarı səhvdir. Diplomatın sözlərinə görə, bu qərar Rusiyanın gəlirlərinin artmasına xidmət edir.
Qeyd edək ki, OPEC+ ölkələri neft hasilatının gündəlik 2 milyon barrel azaltmaq barədə qərar qəbul edib. ABŞ, qərarın qəbul edilməsində Səudiyyə Ərəbistanın təsiri olduğu irəli sürərək, etiraz edib.
Bahadur Seyidov