İsrail Dəməşqə raket zərbələri endirdi



 18:24 27.10.2022     322

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə yenidən hücum təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, hava hücumu zamanı Dəməşq ətrafındakı bəzi hərbi obyektlər və İran ordusunun nəzarətindəki qruplaşmalar bombalanıb. Məlumata görə, hücum edilən qruplaşmalar xüsusilə “Hizbullah” silahlılarından ibarət olub.

Qeyd edək ki, İsrail ordusu Dəməşqə hücumları intensivləşdirib.

Bahadur Seyidov