Brüs Linin ÖLÜM SƏBƏBİ: Şok FAKTLAR
Bütün dünya tərəfindən tanınan və filmləri böyük həvəslə izlənilən Brüs Li ölümü ilə sensasiyaya səbəb olanlardan biridir.
Demedia.az xəbər verir ki, 27 noyabr 1940-cı ildə ABŞ-da anadan olan Çin əsilli Li çox gənc ikən 32 yaşında vəfat edib.
İllərə damğasını vuran Linin ölümü bir çox cavabsız suallarla doludur. Bütün zamanların ən mühüm döyüş sənətçisi və 20-ci əsrin pop ikonası olan Brüs Linin yarılma hesabatına görə, ölüm səbəbi onun beynindəki şiş hesab edilsə də, böyük əksəriyyət bu şişin ustad aktyorun ölümü ilə nəticələnməyəcəyinə inanırdı.
Linin ölümü ilə bağlı iki iddia irəli sürülüb. Birincisi, Brüs Linin Çin-Amerika mafiyası tərəfindən öldürülməsi idi. Digər iddia isə olduqca maraqlı idi. Buna əsasən, Brüs Linin ölümündən sonra bəzi məktublar tapılıb. Məktublarda Brüs Linin oynadığı filmlərdə daha yaxşı rol almaq üçün qadağan olunmuş maddədən istifadə etdiyi və bunu aktyor Robert Beykerdən aldığı yazılıb. Məktublarda yazılan bu məlumat o illərdə bomba effekti verdiyi üçün 180 min dollarahərraca çıxarılıb.
Ancaq bu məktublar onun ölümü ilə bağlı sui-qəsd nəzəriyyəsinin yalnız bir hissəsi olaraq qaldı.
Aysun / Demedia.az