Məşhur aktrisa gülünc duruma düşdü - - FOTO



 22:02 27.10.2022     558

Bu yaxınlarda ikinci övladını qucağına alan məşhur türkiyəli aktrisa Seda Bakan yumoristik rəftarı ilə diqqət çəkib

Demedia.az xəbər verir ki, Seda İnstaqramda içinə sığmadığı paltarının fotosunu çəkərək özü ilə zaraft edib.

Son olaraq “Zeytun ağacı” serialında oynayan Seda Bakan uğurlu performansı ilə hər kəsin rəğbətini qazanıb. Bu yaxınlarda ikinci körpəsini qucağına alan gözəl aktrisa hələ də istədiyi çəkiyə çatmayıb.

Geyiminə girə bilməyən Seda özünü ələ salaraq bu gülməli anları paylaşıb. "Çox uyğun bir gün" qeydini əlavə edən oyunçunun paylaşımı izləyicilərin diqqətinə səbəb olub.

Aysun / Demedia.az

1