Limonlu kofe arıqladırmı? 



 21:31 28.10.2022     7751

Son günlərdə sosial media platformu “Tik-tok”da populyar hala gələn limonlu kofe ilə arıqlama meyilləri dietoloqların diqqətini çəkdi. İstifadəçilərin bəziləri limonlu kofe sayəsində arıqladıqlarını dedi, bəziləri isə arıqlamağa-kökəlməyə heç bir təsiri olmadığında israr etdi. Bəs, mütəxəssislərin bu barədə fikirləri nələrdir? 

Arıqlamaq üçün pəhrizə başlayanda nəticənin daha effektiv olması üçün bəsit metodlar tətbiq edə bilərsiniz. “Tik-tok”dakı “limonlu kofe” iddiaları sırasında içkinin artıq yağları sürətli şəkildə yandırması  da var. Bu iddianın əsassız olduğunu isə bir ingilis alim sübut etdi. Eyni zamanda, limon və kofe qarışımının orqanizmdə müəyyən dəyişikliklər yaratdığını söyləməyi də unutmadı. 

Dieotoloq Karen Graham #TheCoffeeandLemonWeightLossChallenge etiketiylə trendə çevrilən limonlu kofenin artıq çəkidən qurtulmağa  faydasını da dəyərləndirdi.  

Hilda Braso adlı sosial media fenomeni öz “Tik-tok” hesabında kofe və limonla arıqlamağa çalışdı. Tətbiqindən bir həftə sonra yeni bir video paylaşan Hilda  limonlu kofenin  işə yaramadığını söylədi. “Newsweek”ə müsahibə verən dietoloq Marcela Fiuza deyib: “Kofe-limon qarışımının arıqlamağa heç bir fiziki təsiri yoxdur”. İngilis dietoloq Graham isə: “Dadı pisdir, kofemə limon qoymaq istəmərəm…”-deyir.   

Diabetin müalicəsi ilə bağlı müəyyən araşdırmalar aparan Grahamın kofe-limon qarışımı haqqında danışdığı fikirlər çoxdur. Məsələn; o, deyir: “Limon suyunun glisemik indeksi tənzimlədiyini, yəni, qanda şəkərin yüksəlməsinin qarşısını aldığını bilirik. Balıq, kofe, ya da xiyar kimi qidalara limon suyu əlavə etdiyiniz zaman qidalardakı karbohidratın mənimsənilməsi azalır. Bu, çoxdan məlumdur. Qarışımı içəndə şəkəriniz sürətlə qalxmaz ki, bu, orqanizm üçün yaxşı haldır”. 

Limon suyu qan şəkəri üzərində təsirli olsa da, bu, kilo verməyinizə kömək edəcək anlamına gəlmir. Graham kofeyə limon suyu əlavə etməyin bir  pəhriz tövsiyəsi olaraq “sorğulanması” gərəkdiyini söyləyir. Digər yandan Graham limon suyu və kofenin arıqlama səviyyəsində dəyişiklik göstərə biləcəyini də söyləyir. Qarışım iştahı azaldır ki, bu da az yeməyinizə səbəb olur. Qanda şəkərin miqdarı sürətlə yüksəlmir, beləcə, doymaq hissi yaranır. Birbaşa olmasa da, kofe-limon qarışımı dolaylı bir arıqlama üsuludur. İştahı azaltmasa, arıqlamağa kömək etməsi üçün ikinci bir yol hələ məlum deyil. 

Mütəxəssislər tövsiyə edir ki, limon suyu qatılan nə olur-olsun, onun dadını nizamlamaq üçün içinə duz və şəkər əlavə etməyin. Ayrıca, qarışımda, ümumiyyətlə, şəkər olmadığından əmin olun. 

Nəyin bizi qane etdiyini kəsdirməyimiz üçün yeməyi zehnimizlə yeməliyik. Əgər kofenizə limon suyu əlavə edəndə arıqladığınızı hiss edirsinizsə, demək, yemək vərdişinizdə nəyisə dəyişmisiniz.  

Bahadur Seyidov / Demedia.az