Molla rejimi özünü qorumaq üçün bütün vasitələrdən istifadə edə bilər - Politoloq



 11:33 28.10.2022     691

İranda Şahçıraq ziyarətgahında zəvvarların güllələnməsi ən çox rejimə sərf edir: Etirazçılar terrorçudur, onlar müqəddəs məkanlara hücum edir, hədəfdə inanclı kəsimdir.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, rejim bundan istifadə edərək, etirazları silah gücünə yatırmaq addımını legitimləşdirir:

"Nəticə kimin əlini gücləndirir məntiqindən çıxış edəndə bu terror aktı suallar yaradır, xüsusilə molla rejiminə qarşı aksiyaların bu qədər geniş vüsət aldığı vaxt hücumun niyə ziyarətgahda zəvvarlara edildiyi fonunda. Etirazlar və etirazlara qarşı İran hakimiyyətinin siyasəti ölkə daxilində belə terror aktlarının olması gözləntisini artırırdı.

İndi əsas məsələlərdən biri də İranın terrorçulara hara bağlayacağıdır: şahçılaramı, region ölkələrinəmi, “sionist” dediyi İsrailəmi?!

Molla rejimi özünü qorumaq üçün bütün vasitələrdən istifadə edə bilər".

Xəyalə Məmmədova / Demedia.az