Soçi görüşündən müsbət nəticə olmayacaq - Politoloq açıqladı
Soçi görüşü öncəsi Vladimir Putin "Valday" diskusiya klubunda sülhə qarşı olduğu mövqeyini ortaya qoymaqla belə bir görüşün əhəmiyyətini azaltdı.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, görüş başlamamış V. Putin Qarabağ ermənilərinin üzərində mümkün hərhansı bir statusun olmasını vurğulayır:
"Rusiyanın siyasi mövqeyi bəlli olduğu üçün Soçi görüşündən müsbət nəticə olmayacaq. Vaşinqtonun dəstəyi ilə Brüssel formatında aparılan danışıqlara N. Paşinyan da üstünlük verir. Bizim üçün məqbul məhz Brüssel formatıdır.
Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında onda razı olacaq ki, Qarabağın yekun statusu sonraya saxlanılsın. Azərbaycanın buna getməsi qələbəmizə zərbə olar. Prezident İlham Əliyev Xankəndini Bakıya mütləq tabe edəcək. Bunun alternativi yoxdur. Tarixi fürsəti qaçırsaq yaranı qaysaqlayacağıq. Qaysaqda bir müddətdən sonra açılacaq. Rusiyada Qarabağ məsələsini bağlamaq istəmir".
Xəyalə Məmmədova / Demedia.az