Avropa Mərkəzi Bankının qərar avronu möhkəmləndirəcəkmi?
Avropa Mərkəzi Bankı kreditlər üzrə baza uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2 faiz səviyyəsində müəyyən edib. Bank depozitlər üzrə uçot dərəcəsini 1,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 2,25 faiz səviyyəsinədək artırıb. Bu 2009-cu ildən sonra ən yüksək dərəcə hesab olunur.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, sentyabrda avrozonda inflyasiya səviyyəsi 9.9 faizədək yüksəlib:
"İstehlak bazarındakı yüksək qiymət artımları səbəbindən Avropa Mərkəzi Bankı uçot dərəcələrini ardıcıl ikinci dəfə artırıb. Bank növbəti iclasda da faiz dəhlizinin artırıla biləcəyini istisna etmir və gözləntilər yeni artımlar istiqamətindədir.
Avropa Mərkəzi Bankının qərar avronu möhkəmləndirəcəkmi?
Bir müddət oncə kəskin ucuzlaşan Avropa pulu son günlər dollara nisbətən dəyər qazanmağa başlayıb. Son 1 həftədə avro dollara nisbətən 2.0 faiz güclənib. Bununla belə, hələlik avronun kəskin möhkəmlənməsi gözlənilmir. Dolların səbət valyutalara nisbətən güclənməsi və Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin kəskin artırılması ilə bağlı qərarları investorların ABŞ puluna marağını yüksək saxlamaqdadır. Digər tərəfdən, son günlər mavi qazın qiymətində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq Avropada enerji böhranı davam edir. Uzanan Rusiya-Ukrayna müharibəsi və yüksələn qiymətlər qədim qitə iqtisadiyyatına təzyiqlərin azalmasına imkan vermir. Bu il Avropa Ittifaqında 4.1 % artım proqnozlaşdırılsa da ilin sonunda 2 dəfə bənd az artımın qeydə alınacağı gözlənilir".
Xəyalə Məmmədova / Demedia.az