4 ölkə Fələstinlə bağlı çağırış etdi
Almaniya, Fransa, İtaliya və Fransa Xarici İşlər Nazirlikləri Fələstin torpaqlarında davam edən toqquşmalarla bağlı birgə çağırış edib.
Demedia.az xəbər verir ki, çağırışda bildirilir ki, Fələstin torpaqlarında gərginliyin qarşısını almaq mühüm əhəmiyyət kəsb edir. Birgə açıqlamada bu il ərzində azı 120 fələstinlinin və 20 israillinin həlak olmasına diqqət çəkilib. Açıqlamada deyilir ki, Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında gərginliyin davam etməsi narahatlıq yaradır. Bəyanatda tərəflər gərginliyi azaltmağa çağrılıb.
Bahadur Seyidov