Fransada tətil çağırışları edildi
Fransada həmkarlar ittifaqları qiymət artımı ilə bağlı məvaciblərin artırılması tələbi ilə tətil çağırışı edib.
Demedia.az xəbər verir ki, ölkənin ən böyük həmkarlar ittifaqları federasiyası “CGT” bununla bağlı açıqlama verib. Bildirilib ki, məvaciblər inflyasiyaya uyğun tənzimlənməlidir. Tətil çağırışı ilə bağlı həmkarlar ittifaqları aksiyalar keçirib.
Qeyd edək ki, işçilər məvaciblərin 10 faiz artırılmasını tələb edir. Hökumət həmkarlar ittifaqlarını şirkətlərlə razılaşma əldə etməyə çağırmış, əks halda qadağaların tətbiq olunacağını açıqlamışdı.
Bahadur Seyidov