"Polad Alemdar" infarkt keçirib? - Sənət dostu açıqladı



 16:14 28.10.2022     619

“Kurtlar Vadisi” fenomen serialında “Polat Alemdar” obrazı ilə məşhurlaşan Necati Şaşmaz infarkt keçirib.

Demedia.az xəbər verir ki,  Necati Şaşmazın təcili xəstəxanaya çatdırıldığı, infarkt keçirdiyi və reanimasiyada olduğu iddia edilib. 

Həqiqət tezliklə üzə çıxıb. Onur Akay hazırda evdə olan məşhur aktyorun səhhəti ilə bağlı sevindirici açıqlamalar verib:

“Necati Şaşmaz hazırda reanimasiyada deyil. Şaşmaz sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə çərşənbə günü xəstəxanaya müraciət edib. O, ürək damarlarında tıxanma diaqnozu ilə venasını açmaq üçün əməliyyat keçirib. Lakin əməliyyat o qədər də böyük olmayıb və qısa müddətdə evə buraxılıb. Hazırda evdə dincələn Necati Şaşmazın səhhəti çox yaxşıdır".

Aysun / Demedia.az