Belçikada inflyasiyada rekord qeydə alındı



 16:12 28.10.2022     321

Belçikada son bir ayın göstəricilərinə görə inflyasiya 12,27-yə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu inflyasiya rəqəmlərinin qeydə alındığı 1975-ci ildən bəri ən yüksək göstəricidir. Məlumata görə, qiymət artımı əsasən təbii qaz, yağ məhsulları və digər gündəlik tələbat mallarında qeydə alınıb. Ən yüksək inflyasiya isə enerji xidmətlərində qeydə alınıb. Bu sahədə qiymətlər ötən il ilə müqayisədə 130,6 faiz artıb.

Bahadur Seyidov