Cənubi Koreya Ukraynaya hərbi dəstək verməyib



 17:15 28.10.2022     336

Cənubi Koreya Ukraynaya hərbi dəstək verməyib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Yoon Suk-yeol açıqlama verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Seulun Ukraynaya hərbi dəstək verdiyi barədə açıqlamaları həqiqəti əks etdirmir. Cənubi Koreya Prezidenti Ukraynaya silah göndərdiklərini rədd edib.

“Biz beynəlxalq ictimaiyyətlə həmrəylik çərçivəsində Ukraynaya silah və hərbi yardımlar deyil, sadəcə humanitar yardımlar göndərdik” - Prezident deyib.

Bahadur Seyidov