İranın Şiraz şəhərində terror aktının qarşısı alındı



 17:23 28.10.2022     335

İranın Şiraz şəhərində terror aktının qarşısı alınıb.

Demedia.az xəbər verir ki, bu barədə İrna agentliyi məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan şəxs insanların sıx toplaşdığı ərazidə bomba partlatmaq istəyib. Lakin polisin səyi nəticəsində terror aktının qarşısı alınıb. Rəsmi dairələr nəzarətə götürülən şəxsin kimliyinin açıqlanacağını bildirib.

Qeyd edək ki, 3 gün əvvəl İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı 20 nəfər ölüb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Bahadur Seyidov