İnsanın nə vaxt öləcəyi gözündən aydın olur - ŞOK



 22:03 28.10.2022     787

Alimlər ürək probleminin ilkin əlamətlərini aşkar edə bilən süni intellekt proqramı hazırlayıblar. 

Demedia.az xəbər verir ki, eyni zamanda, araşdırma nəticəsində ölümlərin 58%-nin proqnozlaşdırıla biləcəyi açıqlanıb.

Sözügedən proqramın ürəyin sağlamlığı ilə bağlı kritik məlumatları ehtiva etdiyi düşünülən gözün arxasındakı kiçik arteriya və venaların qalınlığını ölçməklə işlədiyi bildirilib.

British Journal of Ophthalmologydəki məlumatlara görə, 88 000 britaniyalının iştirak etdiyi araşdırmada, infarkt və insult hadisələrinin 54/100 və ürək xəstəliklərindən ölümlərin 58/100 proqnozlaşdırıla biləcəyi açıqlanıb.

Aysun / Demedia.az