Qış yaxınlaşır: Evdə turşu hazırlayanların DİQQƏTİNƏ
Havaların soyuması ilə qış üçün hazırlıqlar başlayıb.
Demedia.az xəbər verir ki, evdə turşu hazırlayanlar diqqətli olmalıdır.
Mütəxəssislər ləzzətli olması ilə yanaşı, immunitetin güclənməsinə də töhfə verən qidalardan biri olan turşuların süfrələrə daxil edilməsi ilə bağlı xəbərdarlıqedib.
Turşu faydalı bakteriyalarla çox zəngin bir qidadır və xüsusilə bağırsaq sağlamlığında, immuniteti gücləndirməkdə, maddələr mübadiləsini sürətləndirməkdə və qan şəkərini tarazlaşdırmaqda sağlamlığa müsbət qatqıları var.
Son elmi araşdırmalar turşuların xərçəngə qarşı da qoruyucu təsir göstərə biləcəyini göstərir.
Ancaq hazırlanması zamanı edilə biləcək bəzi səhvlər bu qədər faydası olan bir qidanın saxlanması və ya istehlakı faydalı bakteriyalar yerinə zərərli bakteriyaların sayını artıraraq sağlamlığa mənfi təsir göstərə bilər.
Turşu edəcəyiniz meyvə və tərəvəzlərin təzə, zədələnməmiş və keyfiyyətli olmasına diqqət edin.
Turşulama üçün çürük və ya xarab meyvə və ya tərəvəzdən istifadə etsəniz, turşu əmələ gəlməsi mexanizmində lazım olan faydalı bakteriyaların əmələ gəlməsinin-işləməsinin qarşısını ala, zərərli bakteriyaları artıraraq qida zəhərlənməsinə səbəb ola bilərsiniz.
Aysun / Demedia.az