Necə əmin ola bilərik ki, içdiyimiz su təmizdir? - Araşdırma



 20:27 31.10.2022     1147

Su-həyat mənbəyidir. Artıq bu deyimi  duymayan və eşitdiyi anda başıyla təsdiqləməyən insan yoxdur. Su, həm də, can ala bilir...

Müəyyən olunub ki, dünyadakı bütün xəstəliklərin 85%-i insan orqanizminə məhz su vasitəsilə ötürülür.  Ona görə də içdiyimiz suya diqqət etməyimiz vacibdir. Müasir dövrdə suyu “üfürərək içmək” üçün səbəbimiz çoxdur. Çünki, çirkli su həyatın sonu ola bilir. Elə ona görə də artıq su filtrləri hər evə lazım əşyaya çevrilib.  

Suyun tərkibində çoxlu sayda mikroorqanizmlər olur ki, bunların da bəziləri insanda qarın yatalağı, vəba,  hepatit və ya qastroenterit kimi ağır xəstəliklər yaradır. Kimyəvi maddələrlə çirklənən sulardan istifadə isə daha təhlükəlidir. Bəzən suyun tərkibindəki kimyəvi zəhərlər az-az insan bədənində, müxtəlif orqanlarda toplanır və illər sonra müalicəsi olmayan xəstəlik kimi meydana çıxır. Gördüyünüz kimi, su filtri vasitəsilə təmizlənən su sağlamlığımızın təminatıdır... 

İçməli, təhlükəsiz suyla bağlı araşdırmalar indiyədək  dünyanın 122 ölkəsində aparılıb. Məlum olub ki, dünya üzrə 1 milyard insan təhlükəsiz su içmək  imkanından məhrumdur. İnsanın yaşaması üçün orqanizm birinci oksigenə, ikinci suya  ehtiyac duyursa, üstəlik, içdiyimiz suyun təmiz olmağı sağlamlığımızın əsasını təşkil edirsə, bizi düşündürən sualların sayı artır. Məsələn, necə əmin ola bilərik ki, içdiyimiz su təmizdir? 
Əgər  içdiyimiz su gözümüzün önündə filtr vasitəsilə təmizlənirsə, ürək rahatlığı ilə fincanımızı doldurub başımıza çəkə bilərik.

Bahadur Seyidov / Demedia.az