Acqarına soyutma yumurta yemək olarmı? - İNANILMAZ NƏTİCƏ
Yumurtanı soyutma bişirmək, hər gün soyutma yumurta yemək orqanizmə necə təsir göstərir? Ümumiyyətlə, yumurtanı necə hazırlamaq lazımdır ki, orqanizm onun faydasını maksiumum dərəcədə görsün. Növbəti videomuzda bu barədə məlumat alacağıq.
Soyutma yumurta dünyada ən populyar yeməklərdən biridir. Doyurucudur və hazırlanması asandır. 13% zülaldan, 12% yağdan və orqanizm üçün faydalı olan digər komponentlərdən ibarətdir.
Soyutma yumurtanı 3 cür hazırlamaq olur: bərk, ilıtma və yumşaq. Soyutma yumurtanı şorbalara, salatlara və ət ruletlərinə əlavə etmək mümkündür. Ondan sous da hazırlanır. Mütəxəssislər tövsiyə edir ki, çiy yumurta içməkdənsə, soyutma yumurta yeməyi seçin. Çünki soyutma bişəndə tərkibindəki maddələr bədən tərəfindən daha yaxşı mənimsənilir. Çiy yumurtada bir çox xəstəliklərin törədiciləri, o cümlədən, salmonella virusu ola bilər. Amma nəzərə alın ki, çiy yumurtadan fərqli olaraq, soyutma yumurtanın istifadə müddəti daha qısadır. Soyuducuda saxlamaq şərtilə maksimum 5 gün saxlanıla bilər.
Soyutma yumurta bizimçün o qədər sadələşib ki, onun hazırlanma texnikasına əməl edib-etmədiyimizi heç düşünmürük də. Amma unutmaq lazım deyil ki, düzgün qaydada bişirilməyən yumurta, nəinki, tərkibindəki faydalı maddələri itirə bilər, əksinə, orqanizmə mənfi təsir göstərər.
Soyutma yumurtanı düzgün şəkildə necə hazırlamaq olar?
Mağazada yumurta seçərkən diqqətli olmaq lazımdır. Yumurtanın səthi təmiz, hamar və zədəsiz olmalıdır. Hər bir yumurtada istehsal tarixini və istifadə müddətini göstərən möhür var. Pəhriz və süfrə yumurtaları eyni növdürlər. Yeganə fərq onların “yaşındadır”. Yumurtalar ölçü və çəkilərinə görə, bir-birinə uyğun olmalıdırlar, kəskin fərqlənməməlidirlər. Bundan əlavə, yumurtanın istehsalçısına, istehsal tarixinə və saxlanma şəraitnə də diqqət yetirilməlidir. Bişirməzdən əvvəl yumurtanı soyuducudan çıxardıb bir müddət otaq temperaturunda saxlamaq tövsiyə edilir. Yumurtanın hərtərəfli bişməsi üçün, əvvəlcədən, yumutanı masanın üstündə ya yuvarlayın, ya da silkələyin. Yumurtanı bişirmək üçün onu qaynar, duzlu suya salmaq lazımdır. İlıtma olması üçün 3-4 dəq, tam bişməsi üçün isə 7-8 dəq qaynatmaq lazımdır. Əgər yumşaq olmasını istəyirsinizsə, 5 dəq yetərlidr.
Soyutma yumurtanı qaynar sudan çıxaran kimi soyuq suya salın və prosesi bir neçə dəfə təkrar edin ki, yumurta tam soyusun. Minimum 15 dəqiqə yumurtanın soyumasını gözləyin. Axan soyuq suyun altında yumurtanı soymaq daha rahat olar.
Hər gün səhər acqarına soyutma yumurta yemək olarmı?
Belə bir düşüncə var ki, daim soyutma yumurta yemək ürək-damar sisteminə mənfi təsir göstərir. Çünki tərkibində xolesterinin miqdarı çoxdur. Amma bu nəzəriyyəni sübut eləmək, hələ ki, mümkün olmayıb. Hər gün acqarına 3 soyutma yumurta yeyənlər üzərində aparılan elmi araşdırmada nəzəriyyəni təsdiq edəcək qədər xolesterin artışı müşahidə edilməyib. Normalda gün ərzində 2 yumurta yemək uyğundur. Təkcə ağ hissəsini yeyirsinizsə yumurtanın sayını artıra bilərsiniz.
Sağlamlığa xidmət edən resept:
Yumurtanın faydalılıq dərəcəsi onun tərkibindəki minerallarla və vitaminlərlə ölçülür. Manqan hormonal balansı tənzimləyir və reproduktiv funksiyaları yaxşılaşdırır. Dəmir qanyaratmanı sürətləndirir, qanın tərkibini normallaşdırır. Kalium ürək-damar sisteminə müsbət təsir edir. Natrium orqanizmin maye balansına nəzarət edir. Kalsium dişləri, dırnaqları, sümükləri möhləmləndirir. P vitamini görmə qabiliyyətini yaxşılaşdırır. E vitamini dərinin daim ehtiyac duyduğu vitamindir. D vitamini isə osteoporoz və raxit riskini aşağı salır. Soyutma yumurtanın tərkibində B qrupu vitaminləri də var. Onlar öz növbəsində, sinir sisteminin sağlamlığını dəstəkləyir və bağırsaq toxumalarının regenerasiyası üçün faydalıdır.
Soyutma yumurta zəngin zülal mənbəyidir: 100 qramında 13 qr protein var. Bu da orqanizmin inkişafına, sümüklərin möhkəmlənməsinə, xəsarət və zədələrin tez sağalmasına, baş beyinin işinin yaxşılaşmasına səbəb olur. Tərkibindəki zəngin elementlər sayəsində soyutma yumurta soyuqdəyməni aradan qaldırmaq qabiliyyətinə də malikdir. Həmçinin, orqanizmin qələvi və turşu balansını qoruyur. Doyurucu qida sayılan soyutma yumurta əvəzolunmaz enerji mənbəyidir.
Çiy yumurta yemək zədələnmiş səs tellərinin bərpasını sürətləndirir. Yumurta sinir sisteminin və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki komponentlər yumurtanı xərçənglə mübarizədə effektiv edir.
Pankreatit zamanı. Yumurta zülalı insan zülalına olduqca yaxındır. Buna görə də, o, orqanizm tərəfindən asan mənimsənilir və soyuqlamış pankreası gücə salmır. Xroniki və ya ağırlaşan pankreatit zamanı soyutma yumurta yemək tövsiyə edilir. Həftədə 4 dəfə, hər dəfə də 1 dənədən artıq olmamaq şərtilə soyutma yumurta yemək pankreatitin sağalmasına kömək edir. Yaxşı olar ki, soyutma yumurtanı bərk, yaxud yumşaq halda yeyəsiniz.
Qaraciyərdə problemlər varsa… Qaraciyər xəstəliklərində yumurtadan istifadə etmək istəyirsinizsə, mütləq, hepatoloqla məsləhətləşin. Yumurta qaraciyərin toksinlərdən təmizlənməsini təmin edir. Həmçinin, orqana lazım olan amin turşuları ilə zəngindir. Xüsusilə, serroz zamanı qaraciyər ammonyakı emal edə bilmədiyindən zülallı qidalar əks təsir göstərə bilir. Alkoqol serrozu zamanı qanda zülalın səviyyəsi aşağı düşür. Buna görə də, orqanizm zülalla zəngin qidalara ehtiyac duyur.
Xolesistit zamanı. Xolesistitdən əziyyət çəkən insanlar zülalla zəngin qidaları rasionundan çıxarmalıdırlar. Toyuq yumurtasının tərkibindəki zülallar ödü daha çox ferment istehsal etməyə məcbur edir. Bu da xəstə ödü gücə salır. Ona görə də, mütəxəssislər xolesistit zamanı həftədə 3 dəfə yumurtanın sarısını yeməyi məsləhət görür.
Podaqra zamanı gün ərzində istənilən üsulla bişmiş soyutma yumurtadan, ən azı, 2 dənə yemək lazımdır. Podaqradan əziyyət çəkənlər mütləq öz çəkilərinə nəzarət etməlidirlər. Doyumluluq yaratdığına görə, yumurta həm lazımi qida sayılır, həm də daha çox yeməyin qarşısını alır.
Qaymoritin ən sadə müalicə üsullarından biri soyutma yumurta kompresidir. Bərk bişmiş və qaynar yumurtanı pambıq parçaya bükün. Ağrıyan nahiyənin üstündə 15 dəq saxlayın. Proseduru gün ərzində 2-3 dəfə təkrar edin. Amma ehtiyatı əldən verməyin ki, qaynar yumurta dərini yandırmasın və soyuqdəymənin həcmi daha da artmasın.
Katarakta zamanı
Resept 1:
Toyuq yumurtasını 2 sutka otaq temperaturunda saxlayın. Sonra 30 dəqiqə qaynadın. Qabığı ehtiyatla təmizləyin ki, yumurtanın zülalı olduğu kimi qalsın. Yumurtanı iki yerə bölün. Sarısını çıxarın, yerinə təbii bal tökün. 1 sutka otaq temperaturunda saxlayın, sonra soyuducuya qoyun. Səhər-axşam gözə iki damcı damızdırın. Proseduru 1 ay davam etdirin.
Resept 2:
Yumurtanı soyutma bişirin, təmizləyin, bölün, sarısını çıxarın. Yumurtanın ağını kağız salfetlə qurulayın, sarının yerinə şəkər tozu əlavə edib yumurtanı sobaya qoyun və 30 dəqiqə bişirin. Alınan mayeni bir qaba yığın, soyuducuda saxlayın. Qeyd edim ki, bu mayeni 3 gündən artıq saxlamaq olmaz. Gündə 3 dəfə-səhər, günorta, axşam bu mayedən gözə damızdırın.
Yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi olan kolit zamanı. Əgər ishallı kolitdirsə, bərk bişmiş soyutma yumurta qida rasionunun bir hissəsinə çevrilməlidir. Yumurta bağırsağın işini rahatladan qidalardandır. Düzgün işləməyən bağırsaqlar üçün gün ərzində 1 ədəd yumşaq bişmiş soyutma yumurta ən yaxşı köməkçi sayılır. Amma hökmən qastroenteroloqla məsləhətləşin.
Zərərləri və əks təsirləri. Yumurta allergiya yarada bilər. Qastrit, bağırsaq xəstəlikləri, qaraciyər problemləri zamanı əks təsir göstərməsi də istisna edilmir. Yüksək enerji dəyəri olan yumurtanı arıqlamaq istəyənlər və ya artıq çəkidən yaxa qurtarmağa çaışanlar bacardıqca az yeməlidirlər. Yumurtadan birdəfəlik imtina etmək olmaz. Bir də, aldığınız yumurtanın təbiiliyindən əmin olun. Çünki mağazada satılan yumurtalar nitrat və antibiotiklərlə zəngin ola bilər; inqubatordan çıxan toyuqlar məhz belə qidalanır. Zərərli maddələrin qalıqları bağırsaq mikroflorasını zədələyir. Əgər yumurta uzun müddət saxlanılıbsa, qabığında çat olubsa, yaxud tərkibində zərərli maddələrdən çoxdursa, hətta lazımi qaydada bişirilməyibsə, yumurtadan zəhərlənmək ehtimalı da meydana çıxır.
Bahadur Seyidov / Demedia.az