Soçi görüşündən müsbət qərarlar çıxmasa... - Natiq Cəfərli



 12:05 31.10.2022     568

Xankəndində baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar, burası aydındır, mesaj da aydındır ki, güya demokratikdirlər, onlar vətəndaşların ən təməl hüquqlarından biri olan sərbəst toplaşma hüququnu belə tanınmayan Azərbaycanla birgə olmaq istəmirlərlər.

Demedia.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, amma iki məsələ də mənə tam aydındır:

"Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz,

O qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar - deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər...

Soçi görüşündən müsbət qərarlar çıxmasa əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur koridoru yoxdursa, Laçın koridoru da yoxdur, vəssalam...".

Xəyalə Məmmədova / Demedia.az