Çin kosmosa yeni peyk göndərdi



 15:59 31.10.2022     320

Çin kosmosa yeni peyk göndərib.

Demedia.az xəbər verir ki, kosmosa göndərilən peykdən elmi araşdırmalar və Yer planetini dəqiq müşahidə etmək üçün istifadə ediləcək. Yerli mənbələrin məlumatına görə, “Şiyan-20c” peyki “Long March-2D” raketi ilə Qobi çöllərindəki Çiuçüen Peyk mərkəzindən kosmosa göndərilib. Bu “Long March” roketi ilə kosmosa 445-ci uğurlu  daşıma olub.

Qeyd edək ki, Çin kosmosa ardıcıl peyklər göndərir. İki həftə əvvəl Çin mülki məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan 2 peyki kosmosa göndərib.

Bahadur Seyidov