Macarıstanda Rusiya-Ukrayna müharibəsinə görə fövqəladə vəziyyət rejimi uzadıldı
Macarıstanda Rusiya-Ukrayna müharibəsinə görə tətbiq edilən fövqəladə vəziyyət rejimi uzadılıb.
Demedia.az xəbər verir ki, bu barədə hökumətin nəzdindəki Məlumat Mərkəzindən açıqlama verilib. Bildirilib ki, fövqəladə vəziyyətin müddəti daha 6 ay uzadılıb. Məlumata görə, fövqəladə vəziyyət rejimi müharibədən qaçan qaçqınlara yardım etməklə yanaşı ölkənin iqtisadi və təhlükəsizliyini təhdid edən məsələlərə tez reaksiya verməyə şərait yaradır.
Qeyd edək ki. Macarıstanda fövqəladə vəziyyət rejimi may ayında tətbiq edilib.
Bahadur Seyidov