Rusiya bilərəkdən qida problemini dərinləşdirir - Zelenski



 16:58 31.10.2022     318

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın təkətərəfli şəkildə “Taxıl sazişi”ndən çıxmasına münasibət bildirib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi sentyabr ayından bəri “Taxıl sazişi”nin şərtlərini pozmağa cəhd göstərib. Zelenskinin sözlərinə görə, Moskva 176 gəminin hərəkətinə mane olub. Zelenski Rusiyanı sentyabr ayından bəri qida problemini dərinləşdirməkdə ittiham edib. Zelenski bəzi qida şirkətlərinin 3 həftədir məhsul gözlədiyini deyib. Ukrayna lideri bəyan edib ki, Rusiyanın bilərəkdən yaratdığı problemlər nəticəsində bəzi ölkələrdə qida problemi yaşayana bilər.

Bahadur Seyidov