Moqadişodakı terror aktına cavab olaraq 100 silahlı məhv edildi
Somalidə Əş-Şəbab terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyat keçirilib.
Demedia.az xəbər verir ki, bu barədə Somalinin İnformasiya Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyatlar zamanı 100 terrorçu zərərsizləşdirilib. Yerli mənbələrin məlumatına görə, əməliyyat paytaxt Moqadişoda törədilən terror aktından sonra təşkil edilib. Bildirilir ki, Moqadişoda törədilən terror aktı nəticəsində 100-dən çox insan həlak olub. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Prezident Hasan Şeyx Mahmud Əş-Şəbab qruplaşması ilə irimiqyaslı mübarizə aparılacağına söz verib.
Bahadur Seyidov