İranda təhlükəsizlik qüvvələri tələblərin aksiyalarına müdaxilə etdi



 17:05 31.10.2022     339

İranda 22 yaşlı Məhza Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyalar davam edir.

Demedia.az xəbər verir ki, Tehran, Məşəd, Zəncan, Ərak, Sənəndəc, İsfahan və digər şəhərlərdəki univeristetlərdə tələbələr etirazları davam etdirib. Nümayişçilər etiraz askiyaları zamanı saxlanılan tələblərin azad edilməsini tələb ediblər. Məlumata görə, bəzi univeristetlərdə təhlükəsizlik qüvvələri nümayişlərə müdaxilə edib. Təhlükəsizlik qüvvələrinin güc tətbiq etdiyi bildirilir.

Bahadur Seyidov