NATO Rusiyaya çağırış etdi
NATO “Taxıl sazişi”nin müddətinin artırılması barədə Rusiyaya çağırış edib.
Demedia.az xəbər verir ki, bu barədə NATO sözçüsü Oana Lungescu açıqlama verib. O bildirib ki, Rusiya qidadan silah kimi istifadə etməyi dayandırmalıdır. Sözçünün açıqlamasına görə, Türkiyənin vasitəçiliyi ilə imzalanan “Taxıl sazişi” NATO tərəfindən məmuniyyətlə qarşılanıb.
Qeyd edək ki, Rusiya təktərəfli “Taxıl sazişi”ndən çıxdığını bəyan edib. Rusiya tərəfi bəyan edib ki, bu məsələ Qara dənizdə Rusiya donanmasına hücum barədə araşdırma yekunlaşandan sonra müzakirə ediləcək.
Bahadur Seyidov