Çindən ABŞ-a çağırış - Qadağaları ləğv edin



 14:05 31.10.2022     306

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-a çağırış edib.

Demedia.az xəbər verir ki, o ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, ABŞ Çinin ixrac və investisiya sahələrinə əlavə problemlər yaratmamalıdır. Çinli diplomatın sözlərinə görə, Vaşinqtonun sanksiyaları  sərbəst ticarət sazişinin şərtlərini pozur. Vanq Yi Çinin qanuni maraqlarının pozulduğunu irəli sürüb. Çinli diplomat Entoni Blinkendən ölkəsinə qarşı tətbiq edilən qadağaların dərhal ləğv edilməsini tələb edib.

Qeyd edək ki, ABŞ Çinin ixrac məhsullarına bir sıra qadağalar tətbiq edib.

Bahadur Seyidov