Gündə 1 stəkan nar dənəsi yesək nə olar?



 21:04 31.10.2022     887

Nar kalium, maqnezium, natrium, kalsium, sink və dəmir kimi minerallarla zəngin olduğu kimi, fol turşusu kimi bir çox vitamin ehtiva edən bir meyvədir. 

Tərkibindəki vitamin, mineral və antioksidant tərkibi ilə nar tam bir müalicə anbarıdır. Araşdırmalar göstərib ki, meyvə kimi yeyilən nar şirə kimi qəbul ediləndən 20 qat daha çox antioksidan təsir göstərir. Narın tumları ilə birlikdə istehlakının buna təsiri olduğu düşünülür. Orta boylu bir narın orta çəkisi 350-400 qramdır ki, bu da təxminən 1 stəkan nar dənəsinə uyğundur. Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Sunqur, bir porsiya narın 100 qram və təxminən 80 kalori olduğunu ifadə edərək, “Sağlamlığımıza olan təsirlərindən faydalanmaq üçün hər gün bir pors nar dənəsini tumları ilə birlikdə istehlak edə bilərsiniz. Ancaq şəkər xəstəsisinizsə, daha az və nəzarətli şəkildə nar istehlak etməlisiniz” deyən nar istehlakının 7 mühüm səbəbini açıqlayıb.

1- Oynaq ağrılarına yaxşı gəlir
Tərkibindəki yüksək antioksidant tərkibi ilə orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabın azalmasına dəstək olur. Bu təsirlər sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.

2- Damarları qoruyur
Araşdırmalara görə, yüksək antioksidant qabiliyyətinə malik nar suyu LDL (bədxassəli) xolesterini aşağı sala bilir və trombositlərin aktivləşməsini azaldaraq aterosklerozun (damarların sərtləşməsi) qarşısını alır.

3- Dəridəki qırışları gecikdirə bilər
Yaşla bədəndə antioksidanların istehsalı yavaşlayır. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və sürətlə qocalmasına səbəb olur. Tərkibindəki zəngin antioksidantlar sayəsində nar dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Narın dənələrində olan punik turşusu (omeqa 3 yağ turşusu) də dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanın təsirini ləngidir.

4- Qan şəkərini balanslaşdırmağa kömək edir
Lif qan şəkərinin tənzimlənməsini dəstəkləyən vacib amillərdən biridir. Tərkibindəki zəngin lif sayəsində nar dənələri qan şəkərini balanslaşdırmağa kömək edir.

5- Şişlərə qarşı təsirli ola bilər
Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Xüsusilə araşdırmalar göstərib ki, nar şirəsi istehlakı prostat və kolon xərçənginə qarşı profilaktik təsir göstərir.

6- Yaddaşı gücləndirir
Narın tərkibindəki antioksidan komponentlər və xüsusilə də ləpəsində olan əvəzolunmaz yağ turşusu olan punik turşusu yaddaşı gücləndirmək kimi mühüm funksiyaya malikdir. Bu təsirindən ötəri narın Alzheimer xəstəliyinin müalicəsində mühüm rol oynadığı düşünülür.

7- Qəbizliyə yaxşı gəlir
Qeyri-kafi lif qəbulu qəbizliyin ən çox görülən səbəblərindən biridir. Tərkibində çox yüksək lif olan nar qəbizliyə yaxşı gəlir. Təkcə nar yemək deyil, nar suyu içmək də qəbizliyi aradan qaldırmağa və qarşısını almağa kömək edir. Ancaq unudulmamalıdır ki, narın çox istehlakı həddindən artıq lif qəbuluna və qəbizliyə səbəb ola bilər

Nar istehlak edərkən 5 qaydaya diqqət yetirin!
- Narın qabığında tanenlər var. Qabıq sıxma üsulu ilə əldə edilən nar suyunun tərkibindəki tanninlər sayəsində antioksidan xüsusiyyətləri daha yüksəkdir.
- Antikarsinogen və iltihab əleyhinə xüsusiyyətlərindən faydalanmaq üçün narı toxumları ilə birlikdə istehlak edin.
- Vitamin dəyərlərinin itirilməsinin qarşısını almaq üçün gözləmədən xüsusilə nar suyu içmək.
- Nar bəzi dərmanlarla, xüsusən də antikoaqulyant qrupu deyilən dərmanlarla (qan durulaşdırıcı) qarşılıqlı təsir göstərir. Odur ki, istifadə etdiyiniz dərmanların nar ilə qarşılıqlı təsiri varsa, mütləq həkiminizlə məsləhətləşin.
- Şəkərli diabet xəstələri üçün porsiya ölçüsü normal fərdlərdən daha azdır. Şəkər xəstəliyiniz varsa, gündə təxminən 1 çay stəkan nar dənəsi istehlak edə bilərsiniz.

Aysun / Demedia.az