Şanssızlığınız anadangəlmədirsə, taleyinizlə barışın...



 20:32 02.11.2022     1051

Bu da bir başqa əhvalat... Adam gül kələmi və brokoli qarışığı almaq istəyib.  

Amma kisədən bircə damcı brokoli çıxıb. 

Bu hadisə də bir dostun anasının başına gəlib. Qadın lobya konservini açıb, qarşısına su çıxıb. Lobyalar da istehsalçıların yadından çıxıb. 

Bayaqdan gülürdüm, nə yalan deyim, burda hirslənməyə başladım... Şanssızlıq olar, bu qədər də yox da! 
Deyəsən, bu dost da mənim kimi hirslənib, kişmişləri tək-tək seçib tərəziyə qoyub.  Firmalarmı hiyləgər, yoxsa alıcılarmı şanssız? Bilmədim. 

Ölkəmizdə avokado yemək, yeməyə avokado vurmaq çox yayılmayıb. Əcnəbilərsə avokadonu  çox sevir.  Di gəl,  şanssızın avokadosu da ancaq tumdan ibarət olur.  

Bu mənim başıma gəlsə, bunu yumurtalayan toyuğa ikicə kəlmə söz deyərdim. İki sarılı yumurta görmüşdüm, amma sarısız yumurta? Yox, dəqiq, qardaş həmin toyuğu axtarır... 

Şanssızlığınız anadangəlmədirsə,  hay-küy salmağın yeri yoxdu. Taleyinizlə barışın. Şəkil də o qədər pis deyil. 
Bu yerkökünün sahibi də təbiətin zarafat etdiklərindəndir... Təsəllisi də odur ki, təki, zarafat olsun, yerkökü olmasa da olar. 

Bahadur Seyidov / Demedia.az