İranın Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakıda... - Fazil Mustafa



 13:29 01.11.2022     685

Mübarizə ilə mübarizə imitasiyası ayrı-ayrı şeylərdir. Mənim gördüyüm hələ ki, mübarizə imitasiyasıdır. İranın məlum generalının ölümünə yas tutan birisi dövlət qurumunda məsul vəzifəyə götürülür.

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, İran şəbəkəsinin Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakının mərkəzində auditoriya yığıb kitab evində geniş təqdimat keçirir:

"İranın iki qadın qarğasının dili ilə dövləti müdafiə edən televiziyanın qarşısında Azərbaycan əhalisinin 90 faizinin İrançı olduğu deyilir. Kimdir axı bütün bu prosesin səlahiyyətli dəstəkvericiləri? Üstəlik də İranın son günlər atdığı addımlara qarşı televiziyalardan bəzən qulağımızı deşən təməlsiz və bəsit informasıya siyasətinə aid bir söz də söyləmək olmur...Kimə deyəsən, hara anladasan? Savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən nə etdiyini bilməyənlərin ucbatından məkrli bir düşmənin qarşısında müqavimətsiz durumda qalıb bu ölkə üçün narahatçılıq keçirən insanlar. Heç bir prosesə zamanında hazır ola bilmirik".

Xəyalə Məmməodova / Demedia.az