Soçi görüşündə Nikol Paşinyan mübahisə edib - Politoloq



 16:42 01.11.2022     573

Soçi görüşündə Nikol Paşinyan ciddi şəkildə mübahisə edib.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Paşinyan yekun Bəyanata Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyib:

"Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Sərt reaksiyanı görən Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib".

Xəyalə Məmmədova / Demedia.az