Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş var - Politoloq açıqladı
Soçi görüşünü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirmək olar.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Soçi görüşündən əvvəl, Rusiya Xankəndində geniş etiraz aksiyası keçirdi:
"N. Paşinyan Sülhməramlı qüvvələrin Qarabağda vaxtını uzadacaq sənədə imza çəkəcəyini, V. Putin Qarabağda ermənilərin özəlliyindən danışırdı. Məqsəd Azərbaycana təzyiq etmək idi. Bunların heç biri reallaşmadı.
Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş var. İctimaiyyətə açıqlanmir. Azərbaycan üçün əsas məsələ Rusiyanın irəli sürdüyü sülh sazişi qəbul edilmədi.
Rusiyanin Cənubi Qafqazda mövqeləri zəifləyir. Bu görüşdə əvvəlki imzalanan sənədlərə Sadiqlik vurğulandı".
Xəyalə Məmmədova / Demedia.az