Yeni Zelandiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi



 14:21 01.11.2022     333

Yeni Zelandiya Ukrayna müharibəsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, qadağa Rusiyanın 14 vətəndaşı və 7 qurumuna aid edilib. Sanksiyaya məruz qalan Rusiya vətəndaşları arasında ordunun yüksək rütbəli komandanları da var. Bildirilib ki, Yeni Zelandiya bu həmləsi ilə Rusiyanın Ukraynaya qanunsuz müdaxilə qınadığını açıq şəkildə bəyan edib.

Qeyd edək ki, Yeni Zelandiya Ukrayna müharibəsinə görə ümumilikdə 1200-dən çox Rusiya vətəndaşına və qurumuna sanksiya tətbiq edib.

Bahadur Seyidov