Rusiya nüvə başlığı daşıya bilən sualtı qayığı test etdi



 18:22 01.11.2022     339

Rusiya nüvə başlığı daşıya bilən sualtı qayığını test edib.

Demedia.az xəbər verir ki, qayıq 16 ballistik raket daşıya bilir. Rusiyalı general Nikolya Yevmenov rus donanmasının quruluşunun 326-cı ildönümü ilə bağlı tədbirdə bu barədə açıqlama verib. O bildirib ki, test edilən “Generalissimo Suvorov” sualtı qayığı donanmanın vacib qüvvələrindən hesab edilir. Məlumata görə, gəmi 4-cü nəsil ballistik raketləri daşıya bilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya ordusu nüvə silahlarının təlimini keçirib.

Bahadur Seyidov