ABŞ və Cənubi Koreya Pxenyana cavab verdi



 16:28 01.11.2022     301

Şimali Koreyanın ballistik raket sınaqları Koreya yarımadasında gərginliyi artırıb.

Demedia.az xəbər verir ki, Pxenyanın həmlələrinə cavab olaraq ABŞ Cənubi Koreya ilə birgə Koreya yarımadasında irimiqyaslı təlimlərə başlayıb. Məlumata görə, təlimlərə hava qüvvələri cəlb edilib. Cənubi Koreya təlimlərə 140 təyyarə cəlb edib. ABŞ isə təlimlərə 100 təyyarə cəlb edib. Onların arasında F-35 döyüş təyyarələri də var.

Qeyd edək ki, Şimali Koreya ardıcıl raket testləri təşkil edir. Həmçinin Pxenyan sərhəddə neytral əraziyə top atışları həyata keçirib.

Bahadur Seyidov