Ukrayna "Taxıl sazişi”nin icrasını davam etdirəcək - Zelenski



 16:04 01.11.2022     326

Ukrayna Prezidenti Vladimir Zelenski “Taxıl sazişi”nin icrasını müqaviləyə uyğun davam etdirləcəyini ifadə edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Ukrayna BMT və Türkiyə ilə razılaşdırılmış sazişə uyğun olaraq fəaliyyətini icra edəcək.

Qeyd edək ki, Rusiya tərəfi təktərəfli sazişdən çıxdığını bəyan edib. Kremldən bildirilib ki, Rusiya olmadan sazişin icrası təhlükəli olacaq. Rusiya yük gəmilərinin təhlükəsizliyinə təminat vermədiyini elan edib. Türkiyə və BMT sazişin müddətinin artırılması barədə Rusiya ilə danışıqları davam etdirir.

Bahadur Seyidov