Norveç ordusunun hazırlıq səviyyəsi artırılıb
Norveç Ukraynadakı müharibəyə görə ordunun hazırlıq səviyyəsini artırıb.
Demedia.az xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb. Açıqlamada bildirilib ki, Rusiyanın Norveçə qarşı birbaşa müdaxiləsinə heç bir əsas yoxdur. Bununla belə, Norveç ordusu hazırlıq səviyyəsini artırıb. Açıqlamada bildirilib ki, Ukrayna müharibəsindən əvvəl də Norveç ordusu hazırlıq səviyyəsini artırmışdı. Norveç hökuməti ordunun hazırlıq səviyyəsinin artırılmasının detallarına dair açıqlama verməyi rədd edib.
Qeyd edək ki, Norveçin Şimal qütbündə Rusiya ilə 198 kilometrlik sərhədi var.
Bahadur Seyidov