ABŞ-dan Çinə qarşı yeni həmlə



 19:15 01.11.2022     317

ABŞ Avstraliyanın şimalına nüvə başlığı daşıya bilən B-52 bombardmançı təyyarələri yerləşdirməyi planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC televiziyası məlumat yayıb. Bildirilir ki, ABŞ Tindal hərbi hava bazasına 6 B-52 təyyarə yerləşdirmək istəyir. ABŞ Hava Qüvvələrindəki mənbədən bildirilib ki, Vaşinqtonun Avtsraliyaya bombardmançı təyyarələrini yerləşdirmə qabiliyyətinin olması düşmənə açıq mesajdır.

Bəzi dairələr ABŞ-ın bu həmlə ilə Çini hədəfə aldığını irəli sürür.

Bahadur Seyidov