Tarixi TAPINTI: Roma dövrünə aiddir və...
Roma dövrünə aid olduğu güman edilən sarkofaq Türkiyənin Bolu bölgəsində bir tikintinin bağ divarının təməli üçün qazılan ərazidə tapılıb və Bolu Muzey Müdirliyində açılıb.
Demedia.az xəbər verir ki, sarkofaqda eyni ailədən olduğu hesab edilən 3 nəfərə məxsus sümüklər və gözyaşardıcı şüşələr tapılıb.
Oktyabrın 28-də Təpəcik Məhəlləsində bir tikintinin bağ divarının bünövrəsi üçün qazıntı işləri zamanı inşaat maşını sərt cismə dəyib. Operator öz iş maşını ilə ətrafı qazarkən sarkofaq aşkarlanıb. Vəziyyət bildirildikdən sonra işlər dayandırılıb və muzey müdirliyinin əməkdaşları rayona gəlib.
Müayinədə Roma dövrünə aid olduğu düşünülən sarkofaq durna ilə yerindən çıxarılıb. Sarkofaq müayinə olunmaq üçün həmin gün muzey müdirliyinin bağçasına aparılıb
Bolu Muzey Müdirliyinin bağçasındakı sarkofaqın qapağı mütəxəssis arxeoloqlarla birlikdə qaldırıcı ilə qaldırılaraq açılıb. Muzeyin ətrafına toplaşan maraqlanan vətəndaşlar sarkofaqın açılışını izləyiblər.
Sarkofaqdakı su əvvəlcə vedrələrlə çölə atıldı. Daha sonra sarkofaqda eyni ailədən olduğu düşünülən 3 nəfərə aid sümüklər və gözyaşardıcı şüşə tapılıb. Sarkofaqda araşdırmalar davam edir.
Aysun / Demedia.az