18-ci əsrdə yaşayan "vampir"in siması canlandırıldı - ŞOK
Alimlər 200 ildən çox əvvələ aid DNT nümunələrindən istifadə edərək, vampir olduğuna inanılan bir insanın sağ ikən necə göründüyünü ortaya çıxarıblar.
Demedia.az xəbər verir ki, JB55 adlı adamın qalıqları 1990-cı illərdə ABŞ-ın Konnektikut ştatının Qrisvold bölgəsində aparılan qazıntı zamanı tapılıb.
Məhkəmə ekspertləri 2019-cu ildə JB55-in sümüklərindən DNT nümunələri əldə ediblər. Beləliklə, kişinin həyatı ilə bağlı ipuçları tapıla bilər.
Tapıntılara görə, JB55 əslində 18-ci əsrdə vərəmdən ölən Con Barber adlı yoxsul fermer idi.
ABŞ Silahlı Qüvvələrinin DNT İdentifikasiyası Laboratoriyası və Virciniyada yerləşən Parabon Nano Labs alimləri tapıntıları təhlil edərək JB55-in necə göründüyünü təhlil ediblər.
JB55-in açıq dəri, fındıq və ya qəhvəyi gözlərə sahib olduğu aşkar edilib. Saç rənginin qara və ya qəhvəyi olduğu düşünülən kişinin üzünün üç ölçülü modeli kompüterdə süni intellekt tərəfindən yaradılıb.
Livescience xəbər verir ki, dəfn zamanı bud sümüklərinin kəsişməsi yerli əhalinin adamın vampir olduğuna inandığını göstərir.
FB55-in ayaqlarının və kəllə sümüyünün məzardakı mövqeyini araşdıran arxeoloqlar adamın cəsədinin parçalandığını düşünürlər. Bu, yerli əhalinin vampir olduğunu düşündükləri insanları basdırmaq üçün istifadə etdikləri üsul idi.
Həmçinin tarixi mətnlər göstərir ki, o dövrdə bəzi insanlar vərəmdən ölənlərin əslində vampir olduğuna inanırdılar.
Tədqiqat qrupunun üzvü Ellen Greytak: "Bud sümükləri çıxarıldı və sinə üzərində keçdi. Ona görə də onun ətrafda gəzib canlılara hücum edə bilməyəcəyi düşünülürdü".
Aysun / Demedia.az