Sağ ikən məzarını qazdırdı, içində yatır və... - VİDEO



 23:31 01.11.2022     672

Türkiyənin Kastamonu bölgəsində yaşayan Firdevs və Erol Ünal cütlüyünün məzarları öləndən sonra yan-yana ola bilmələri üçün ölmədən əvvəl qazılıb. 

Demedia.az xəbər verir ki, Erol Ünal hər gün ziyarət etdiyi məzarda uzanaraq dincəlir.

Firdevs (49) və Erol Ünal (56) cütlükləri İstanbulda uzun illər Kastamonun Taşköprü mahalına bağlı Şaban Mahallesi, Erik kəndində işlədikdən sonra 7 ay əvvəl kəndlərinə qayıdıblar.

Xəstəlikləri nəticəsində ölümü düşünməyə başlayan cütlük uşaqları olmadığı üçün ölmədən əvvəl məzarlarını qazdırmağa qərar verib. Bunun üzərinə Erol Ünal 35 il başını bir yastığa qoyduğu və çox sevdiyi həyat yoldaşı Firdevs Ünalla yan-yana ola bilməsi üçün kənddəki bağçasında məzarlarını qazdırıb. Məzar daşında “Yaxşı gündə də, pis gündə də bir yerdə olduq” sözləri olan Erol Ünal hər gün ziyarət etdiyi məzara girərək yuxuya gedir.

Aysun / Demedia.az