Serbiya Prezidenti Kosova ilə bağlı orduya əmr verdi



 12:25 02.11.2022     325

Serbiya Prezidenti Aleksandr Vucic Kosova ilə baş verə biləcək mümkün gərginliyə hazır olması üçün orduya əmr verib.

Demedia.az xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Milos Vucevic açıqlama verib. O bildirib ki, ordu Kosovada baş verən hadisələrə görə xoşagəlməz hallara qarşı hazır vəziyyətdədir. Nazir bəyan edib ki, ordu Kosova və Serbiyada serblərin hüquqlarını müdafiə etmək üçün istənilən əmri yerinə yetirməyə hazırdır. Müdafiə nazirinin sözlərinə görə, Serbiya güclü ölkədir və heç kim ölkənin üzərindən oyunlar oynaya bilməz.

Milos Vucevic Serbiyanın həmişə dialoq tərəfdarı olduğunu da sözlərinə əlavə edib.

Bahadur Seyidov