Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz etdi



 12:58 02.11.2022     317

Şimali Koreya, ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz edib.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, təlimlər təxribatdır və təxribatlar davam edərsə, Pxenyan buna daha güclü formada cavab verəcək. Açıqlamada bildirilir ki, ABŞ və Cənubi Koreyanın birgə təlimləri Şimali Koreyanın mümkün işğalına hazırlıqdır. Bəyan edilib ki, Şimali Koreya ölkənin müdafiəsi üçün lazım olan bütün hazırlıqları həyata keçirəcək.

Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın hava qüvvələri Koreya yarımadasında birgə hərbi təlimlər icra edir.

Bahadur Seyidov